Gündə nə qədər limon yemək lazımdır? - Kimlərə olmaz

Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 02 Mart 2021, 13:04

Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir. Bu sitrus meyvəsində xolesterin yoxdur, çoxlu kaliy, B, C, A vitaminləri var.

 

Çox miqdarda pektinə görə limon həzm sisteminə da yaxşı təsir edir.

 

İnterAz medicina.az-a istinadla gündə bir dəfə limon yeyəriksə, orqanizmdə nələr baş verəcəyini təqdim edir.

 

Limonun 4 əsas təsiri:

 

- Sutkalıq C vitamini ehtiyacının 50%-ni ödəyir

 

- Toksinləri çıxarır

 

- Bakterisid və iltihab əleyhinə təsir edir

 

- Qanı duruldur

 

Diyetoloqlar bildirir ki, limon iştahı artırır, mədə-bağırsaq, damar spazmlarını aradan qaldırır, beynin işini normallaşdırır.

 

Əhvalı yaxşılaşdırır, dəri problemlərini həll edir, yorğunluğu aradan qaldırır.

 

Limonu hər gün yemək lazımdır. Lakin normanı aşmaq olmaz.

 

Limonun sutkalıq yol verilən miqdarı 2-3 dilimdir.

 

Ondan çox qəbul etmək, baş gicəllənmə, baş ağrısı, mədə turşuluğu və C vitaminin çoxluğu sindromu ilə qarşılaşa bilərsiz.

 

Limonu alma kimi bütöv halda yemək olmaz. Doza həddini aşdıqda, 3 həftə ərzində onun qəbulunu dayandırıb, bol su içmək lazımdır.

 

Kimlərə olmaz:

 

- 3 yaşa kimi uşaqlara

 

- Qastrit və mədə xorası olanlara

 

- Mədəaltı vəzi xəstəliyində

sss