Koronavirusa görə distant təhsilə keçən məktəblərin sayı açıqlanıb

...Azərbaycanda 4 məktəb koronavirusa görə bağlanıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 23 Fevral 2021, 15:08

"Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür". 

 

Bu barədə İnterAz-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.