Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

...Azərbaycanda son sutkada 147 nəfər COVID-19-dan sağalıb, 144 nəfər yoluxub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Fevral 2021, 19:27

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 147 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.