Azərbaycanda son sutkada 155 nəfər COVID-19-dan sağalıb

...145 nəfər yoluxub, 3 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Fevral 2021, 16:34

Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə İnterAz-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb, 3 190 nəfər vəfat edib. Hazırda 2 175 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216 , bu günə qədər isə ümumilikdə 2 528 610 test icra olunub.