Vətən müharibəsində şəhid olan baş leytenant Qubada dəfn edilib

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub...

Quba, Xanlar Cəbrayılov, , İnteraz - 23 Yanvar 2021, 13:52

Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu Qubada dəfn olunub.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan Ordusunun baş leytenantı Mikayılov Rahim Qalib oğlunun nəşi Quba rayonuna gətirilib. Şəhid doğulduğu İkinci Nügədi kəndində torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

 

Şəhid R. Mikayılov Vətən müharibəsinin ilk günlərində itkin düşən hərbçilərdən biri idi.