Azərbaycanda son sutkada 845 nəfər COVID-19-dan sağalıb, 11 nəfər vəfat edib

Azərbaycanda son sutkada 845 nəfər COVID-19-dan sağalıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2021, 16:24

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı 8 996 nəfərdir.

 

Ötən müddət ərzində 2 milyon 318 min 193 test aparılıb. Bugünkü test sayı isə 6 776-dır.