Azərbaycanda son sutkada 1 322 nəfər COVID-19-dan sağalıb, 474 nəfər yoluxub

...COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Yanvar 2021, 16:37

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1322 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.