Azərbaycanda son sutkada 841 nəfər COVID-19-dan sağalıb, 176 nəfər yoluxub
...COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib
Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2021, 18:20
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 841 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.