Azərbaycanda son sutkada 3 469 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib

...COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 25 Noyabr 2020, 18:42

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 469 yeni yoluxma faktı qeydə alınıb, 1 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb.