Qubada avtomobilin vurduğu piyada ölüb

Qubada yol-nəqliyyat hadisə baş verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 21 Noyabr 2020, 14:40

Qubada yol-nəqliyyat hadisə baş verib.

 

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən İnterAz-a bildirilib ki, noyabrın 20-də  saat 19 radələrində Quba rayonunun  2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

 

Quba RPŞ tərəfindən araşdırma aparılır.