Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları fəaliyyətinə icazə verilən sahələr məlum olub

Azərbaycanda xüsusi karantin rejimi müddətində həftə sonları bu sahələrdə işləyənlərin fəaliyyətinə icazə veriləcək...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 19 Noyabr 2020, 16:10

Azərbaycanda xüsusi karantin rejimi müddətində həftə sonları bu sahələrdə işləyənlərin fəaliyyətinə icazə veriləcək.

 

İnterAz-ın verdiyi xəbərə görə, bu xidmət sahələri Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli 450 nömrəli Qərarına 1 nömrəli əlavə ilə müəyyən edilib.

 

Fəaliyyətinə icazə verilən sahələr:

 

1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

 

2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

 

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

 

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

 

5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

 

6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

 

7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

 

8. mühafizə xidmətləri.