Ermənistanın Füzuliyə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib

Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 18 Noyabr 2020, 15:26

Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib.

 

İnterAz xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

 

“Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, - o əlavə edib.

 

H.Hacıyev mərminin zərərsizləşdirilməsinin görüntülərini də paylaşıb. Həmin görüntüləri təqdim edirik.