Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

...Bakıda növbəti dezinfeksiya işləri görüləcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Avqust 2020, 09:54

Avqustun 15-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bu barədə İnterAz-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

 

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur",- deyə məlumatda qeyd edilib.