Azərbaycanda indiyədək 33 917 nəfərdə COVID-19 aşkarlanıb, ölənlərin sayı 500-ə çatıb

...Azərbaycanda indiyədək ümumilikdə 33 917 nəfər koronavirus infeksiyasına yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Avqust 2020, 17:35

Azərbaycanda indiyədək ümumilikdə 33 917 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.