Azərbaycanda zəlzələ baş verib

Bu gün yerli vaxtla saat 09:21-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ baş verib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Avqust 2020, 10:15

Bu gün yerli vaxtla saat 09:21-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ baş verib.

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan İnterAz-a verilən məlumata görə, 3,7 maqnitudalı yeraltı təkanlar yerin səthindən 15 km dərinlikdə yerləşib.

 

Zəlzələ hiss olunmayıb.