Azərbaycanda ümumilikdə 33 731 nəfərdə COVID-19 aşkarlanıb, 495 nəfər vəfat edib

....Azərbaycanda indiyədək ümumilikdə 33 731 nəfər koronavirus infeksiyasına yoluxub

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 11 Avqust 2020, 16:34

Azərbaycanda indiyədək ümumilikdə 33 731 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, aktiv xəstə sayı 2 380 nəfərdir.