Azərbaycanda 1 həftəyə koronavirus belə azalıb

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Avqust 2020, 10:04

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur.

 

İnterAz xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.

 

Qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa,  avqustun 9-da bu rəqəm 87-yə düşüb.

 

Xatırladaq ki, bu gün üçün ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.

 

Bu günə qədər isə koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə 490 nəfər dünyasını dəyişib.