Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda cla bağlı avqustun 7-nə olan statistik göstəriciləri açıqlayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Avqust 2020, 09:39

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda cla bağlı avqustun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

 

İnterAz xəbər verir ki, məlumatda gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 872 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 773 051 test aparılıb. Aktiv xəstə sayı 3 197 nəfərdir, onlardan 261 nəfər reanimasiyadadır, 50 nəfər isə süni tənəffüs aparatına qoşulub.