Rusiyada koronavirus vaksinin klinik tərcübələri yekunlaşıb, peyvəndləmə aparılacaq

...O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 Avqust 2020, 12:16

"Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb".

 

İnterAz report-a istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

 

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

 

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

 

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.