Azərbaycanın hərbi qulluqçusu xəstəlikdən vəfat edib

...Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 31 Iyul 2020, 14:26

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

 

Bu barədə İnterAz-a Müdafiə Nazirliyindən məlumat verilib. 

 

"Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir", - Nazirlikdən bildirilib. 

 

Allah rəhmət eləsin!