Qubada biçilmiş əkin sahəsi yanır

Rayonun Amsar kəndi ərazisində biçilmiş əkin sahələrinə od düşüb...

Quba, Xanlar Cəbrayılov, , İnteraz - 30 Iyul 2020, 19:06

Qubada biçilmiş əkin sahəsi yanır.

 

İnterAz-ın şimal bürosu xəbər verir ki, Qubanın Amsar kəndində biçilmiş əkin sahələri yanır.

 

Rayonun Amsar kəndi ərazisində biçilmiş əkin sahələrinə od düşüb. 

 

20 hektardan çox biçilmiş əkin sahəsində Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları yanğının söndürülməsi istiqamətində işlər aparır.

 

Hadisə yerinə polis əməkdaşları gəlib. 

 

Faktla bağlı araşdırmalar aparılır.