Göygöldə ər-arvad avtomobildə yanaraq ölüb

Göygöl rayonunda maşın qəzaya düşüb, iki nəfər yanaraq ölüb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Iyul 2020, 16:52

Göygöl rayonunda maşın qəzaya düşüb, iki nəfər yanaraq ölüb. 

 

İnterAz-ın verdiyi xəbərə görə, hadisə bu gün rayonun Hacıməlik kəndi yolunda baş verib. 

 

Daşkəsən rayon sakini, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobillə qəzaya düşüb və maşın yanıb. 

 

Sürücü və sərnişini, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allahverən qızı yanaraq ölüb. 

 

Məlumata görə, onlar ər-arvad olublar. Faktla bağlı araşdırma aparılır.