Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini keçib, ölənlərin sayı 250-yə çatıb

İndiyədək ölkədə ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Iyul 2020, 18:24

İndiyədək ölkədə ümumilikdə 20 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, onlardan 11 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.