Azərbaycanda indiyədək 19 801 nəfər COVID-19-a yoluxub, 241 nəfər vəfat edib

İndiyədək ölkədə ümumilikdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 04 Iyul 2020, 19:49

İndiyədək ölkədə ümumilikdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.