Polis uşağın atası tərəfindən bıçaqlanması ilə bağlı açıqlama verib

Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 27 May 2020, 10:18

Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.

 

Bu barədə İnterAz-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

 

Polisdən bildirilib ki, sözügedən fakt nəzarətə götürülüb.

 

Qeyd edək ki, Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində İsmayılov Fikrət Hüseynqulu oğlu, 2009-cu il təvəllüdlü övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

 

Uşaq xəstəxanaya çatdırılıb.