Operativ Qərargah: Azərbaycanda karantin qaydaları sərtləşməyəcək

“Bugünkü yaranmış situasiya Azərbaycanda rejimi sərtləşdirməyə əsas vermir”...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 17:52

“Bugünkü yaranmış situasiya Azərbaycanda rejimi sərtləşdirməyə əsas vermir”.

 

İnterAz-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov keçirilən brifinqdə bildirib.

 

İ. Məmmədov qeyd edib ki, Operativ Qərargah şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə təklifi qəbul etməyib:

 

"Karantin rejiminin daha da yumşaldılması və ya ləğv edilməsi hələlik məqbul deyil. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə yekun qərar elan olunacaq”.