İyunun 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir

...bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 May 2020, 17:33

“İyun ayının 1-dən böyük ticarət mərkəzlərinin açılması gözlənilir”.

 

İnterAz-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R. Bayramlı deyib ki, çimərliklərin açılmasında da hər hansı problem görmürlər: “Burada əsas məsələ sosial məsafənin gözlənilməsidir. Bununla bağlı müvafiq qaydalara riayət olumalıdır. İdman tədbirləri də müzakirə olunur, 1 iyundan sonra bu barədə qərar verildəcək”.