Bu ilin sonuncu Günəş tutulması dekabrın 26-da baş verəcək

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 09 Dekabr 2019, 11:33

Bu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

 

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından İnterAz-a verilən məlumata görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlayacaq və 12:06-da yekunlaşacaq.

 

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.