Çox yatmaq yuxu çatışmazlığından təhlükəlidir – Yeddi illik tədqiqatın nəticəsi

altı saatdan doqquz saata qədər davam edən yuxu genetik cəhətdən ürək xəstəliklərinə meylli insanlarda infarkt riskini 18% azaldır...

Bakı, Səidə Mustafa, İnteraz - 09 Dekabr 2019, 10:30

İnsan müntəzəm şəkildə idmanla məşğul olsa və ya sağlam həyat tərzi keçirsə belə, sağlam yuxunun olmaması ürək problemlərinə gətirib çıxara bilər.

 

İnterAz Lenta.Ru-ya istinadən xəbər verir ki, belə bir nəticəyə Boulderdə (ABŞ) yerləşən Kolorado Universitetinin alimləri gəliblər.

 

Mütəxəssislər yeddi illik tədqiqat çərçivəsində heç vaxt infarkt keçirilməmiş  40-dan 69 yaşa kimi olan 461 min insanın yuxu rejimini, genetik və tibbi məlumatlarını öyrəniblər.

 

Məlum olub ki, 6-12 saat arası yatan insanlarla müqayisədə, altı saatdan az yatan insanlarda 20%  daha az infarkt riski olub. Doqquz saatdan çox yatan şəxslərdə isə infarkt ehtimalı 34% artıb.

 

Alimlər qeyd edirlər ki, altı saatdan doqquz saata qədər davam edən yuxu genetik cəhətdən ürək xəstəliklərinə meylli insanlarda infarkt riskini 18% azaldır.