Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Oktyabr 2019, 15:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraitini açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Deprtamentindən İnterAz-a verilən məlumata əsasən, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2,8 metrə çatıb.