Plastik torbalar əvəzlənir

Plastik torbalar kağız, parça torbalarla əvəzlənir...

Bakı, Səidə Mustafa, İnteraz - 21 Sentyabr 2019, 16:24

"Yüngül çəkili plastik torbaların ödənişli sisteminin tətbiqi ilə bağli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış təkliflər razılaşdırma mərhələsindədir".

 

İnterAz xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. Onun sözlərinə görə, çox yüngül ("pinqvin") torbaların ölkə ərazisində dövriyyəsinin qadağan olunması artıq razılaşdırma mərhələsini keçib:

 

"Belə polietilen torbaların əvəzinə bazara alternativ məhsullar, ətraf mühit üçün zərərli olmayan kağız, parça torbalar çıxarılmalıdır".