Metronun “Gənclik” stansiyasında qatarda tüstülənmə olub

“Bakı Metropoliteni” QSC-nin "Gənclik" stansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 15:26

“Bakı Metropoliteni” QSC-nin "Gənclik" stansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub.

 

Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İnterAz-a açıqlamasında bildirib ki, vaqonda tüstü hiss olunub: “Qatar yoxlanılıb və hər şey qaydasındadır. Qatar həmin sərnişinləri yenidən götürürərək yoluna davam edib”.

 

B.Məmmədovun sözlərinə görə, bu qatardan əvvəl xətdə sınaq qatarı hərəkətdə olub: “Sınaq qatarı boş gedirmiş. Sınaq qatarının “kolodka”sı sıxılıb və bu zaman təkər relsə sürtülüb. Nəticədə yaranan tüstü digər qatarın içinə dolub. Sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün onlar qatardan düşürülüb və hər şey yoxlanılıb. Daha sonra heç bir problem müəyyən edilmədiyi üçün sərnişinlər həmin qatarla da yola salınıblar. Hazırda Bakı metrosunda hərəkət qrafiki tam qaydasında icra olunur".