ETSN: Xəzərdə dalğanın hündürlüyü 3,8 metrə çatıb

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 21 Sentyabr 2019, 12:23

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

 

ETSN-in Milli Hidrometeorologiya Departamentindən İnterAz-a bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

 

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.

 

*** 12:23

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 12:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, simal-qərb küləyi Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib. 

 

Netf Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.