Lənkəranın nəfis “Lürmə” salatı

Lənkərana gəzməyə gedəndə mütləq bu salatın dadına baxın - möhtəşəmdir...

Bakı, Səidə Mustafa, İnteraz - 21 Sentyabr 2019, 12:05

Sözün əsl mənasında boşqab içində sağlamlıq. 

 

İnterAz  oxuculara  “Lürmə” salatını təqdim edir:

 

Tərkib:

1 ədəd iri badımcan
1 diş sarımsaq
20 qr süzmə
½ dəstə şüyüd
¼ dəstə nanə
Duz, istiot

Hazırlanması:

Badımcan közdə bişirilir. Qabığı təmizlənib xırda doğranır.

 

Üzərinə xırda doğranmış sarımsaq, göyərti əlavə edilir.

 

Salata süzmə əlavə olunur, duz, istiot səpilib qarışdırılır.

 

“Lürmə” salatı şüyüd yarpağı ilə bəzədilib süfrəyə verilir.