Perrikone pəhrizi: 3 gün ərzində dərinin cavanlaşması

Amerika dermotoloqu Nikolas Perrikone, 3 gün ərzində dərinin vəziyyətinə müsbət təsir edən pəhrizin olmasını iddia edir...

Bakı, Səidə Mustafa, İnteraz - 21 Sentyabr 2019, 11:20

Bu pəhriz "Face lift diet" adını almışdır. Perrikone əmindir ki, şəkər, duz, spirtli içkilər və qəhvə dəridə iltihabi prosesslərin yaranmasına və onun vaxtından tez qocalmasına səbəbdir. Məhz buna görə bu məhsulları rasiondan çıxardaraq, əvəzində dəriyə yaxşı təsir edən məhsullarla əvəz etmək lazımdır. Bunlar tərkibində omega - 3 turşuları və antioksidantlar olan məhsullardır. Bu birləşmələr, dərinin hüceyrə qişasını (qabığını) qoruyaraq, onlarda suyun saxlanmasını təmin edir.

 

Həmçinin, dietoloq, mümkün qədər çox mineral su içməyi tövsiyə edir. Beləliklə dəri vəziyyətini çox qısa zaman ərzində yaxşılaşdırmaq istəyənlər,üç gün ərzində, balıq, yaşıl tərəvəzlər, giləmeyvələr və qoz-fındıqla qidalanmalıdırlar.

 

İnterAz oxuculara Perrikone pəhrizini təqdim edir:

 

Səhər yeməyinə, 200 qr balıq əti, 4 qaşıq yulaf yarması, 100 qr istədiyiniz giləmeyvə.

 

Nahar üçün, xiyar, pomidor, 150 qr balıq və ya toyuq filesi və meyvə. Tərəvəz salatına az zeytun yağı və limon şirəsi əlavə etmək olar.

 

Şam yeməyi üçün mütləq olaraq, 150 qr balıq və ya toyuq əti, 1 şəkərsiz yoqurt, 4 qoz və yarım alma tələb olunur.

 

Hər yeməkdən öncə 300 ml su içməyiniz bu pəhrizin əsas qaydalarından sayılır. Bu pəhrizin yaradıcısı iddia edir ki, pəhrizin köməyi ilə, siz, çəkinin azalaması, dərinin yaxşılaşması, gözəl əhval ruhiyyə və orqanizmin cavanlaşmasını təmin edə biləcəksiniz.

 

Kofein və duzdan imtina isə, şişləri aradan qaldıracaq.