Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib...

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 Sentyabr 2019, 12:55

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən İnterAz-a verilən məlumata görə, imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Eyni zamanda DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində bu ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

 

9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər:

 

http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov