Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Sentyabr 2019, 09:50

Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir. 

 

Fonddan İnterAz-a verilən məlumata görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

 

Fondun sifarişi ilə Bakı və müxtəlif regionlardan olan uşaqlar üçün hazırlanan bu hədiyyə dəstləri çanta və müxtəlif məktəb ləvazimatlarından ibarətdir.

 

Hədiyyələr sentyabrın 15-dək bölgələr üzrə bütün ünvanlara çatdırılacaq.