KİV: Azərbaycanda iki erməni saxlanılıb

Hazırda onlar Göygöl rayonuna gətirilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 07 Sentyabr 2019, 10:10

Azərbaycanda Rusiya vətəndaşı olan iki erməni saxlanılıb.

 

İnterAz Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan erməni ər-arvad kənddə foto çəkərkən diqqəti cəlb edib.

 

Məlumatda bildirilir ki, ilkin dindirilmə zamanı onlar özlərini Rusiyadan gəlib Gəncədə qalan turist kimi təqdim ediblər.

 

Hazırda onlar Göygöl rayonuna gətirilib.

 

Qeyd edək ki, Çaykənd kəndi düşmənlə təmas xəttindədir.