Türkiyədən Bakıya gələn sərnişin avtobusu qəza törədib, ölən və yaralananlar var

Yaralılar xəstəxanaya yerləşdiliblər...

Bakı, Aytən Əliyeva, İnteraz - 07 Sentyabr 2019, 10:34

Şəmkir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində xəsarət alanların adları məlum olub. 

 

İnterAz-ın məlumatına görə, bunlar Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman. 

 

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

 

*** 09:37

 

Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. 

 

Səhiyyə Nazirliyindən İnterAz-a verilən məlumata görə, Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.  

 

Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

 

 

*****

 

***09:26

 

Şəmkir rayonunda ölümnən nəticəıən ağır yol qəzası baş verib.

 

İnterAz-ın məlumatına görə, hadisə Bakı- Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHAGMAN” markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

 

Çoxlu sayda yaralanlarılar var. Yaralılar xəstəxanaya yerləşdiliblər. 

 

Faktla bağlı araşdırma aparılır.