Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin doğum tarixidir

Ə.Elçibəy 1992-ci ildə ümumxalq səsverməsi ilə prezident seçilib...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 13:14

Bu gün Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin doğum tarixidir.

 

İnterAz-ın məlumatına görə, Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy), 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Yeddiillik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

 

Ə.Elçibəy 1992-ci ildə ümumxalq səsverməsi ilə prezident seçilib. 2000-ci ildə xərçəng xəstəliyindən vəfat edib.