Şəkidə 5 tondan artıq narkotik vasitələr məhv edilib

Faktla bağlı araşdırma aparılır...

Bakı, Aytən Əliyeva, İnteraz - 24 Iyun 2019, 10:50

Şəki rayonunda 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib.

 

Bu barədə İnterAz-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

 

Faktla bağlı araşdırma aparılır.