“Xəzər-3” qurğusunda söküntü işləri zamanı yanğın baş verib

Hadisə nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 08 Iyun 2019, 13:24

Xəzər dənizinin sahilə yaxın ərazisində yerləşən “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib. 

 

İnterAz xəbər verir ki, məlumatı FHN yayıb. 

 

Hadisə nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb. 

 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın söndürülüb.