Yevlaxda tələbələrin olduğu mikroavtobusun aşması nəticəsində ölənlərin sayı artıb

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib...

Bakı, Aytən Əliyeva, İnteraz - 23 May 2019, 09:29

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində "Mercedes" markalı mikroavtobusun aşması nəticəsində daha bir nəfər xəstəxanada dünyasını dəyişib.

 

İnterAz-ın ONA-ya istinadən məlumatına görə, Mingəçevir xəstəxanasına çatdırılan yaralılardan gənc bir qız orada keçinib.

 

Ümumilikdə isə qəza nəticəsində bir nəfərin hadisə yerində dünyasını dəyişdiyi, daha 7 nəfərin yaralı halda Yevlax xəstəxanasına, 3 nəfərinsə Mingəçevir xəstəxanasına çatdırıldığı məlumdur.

 

***08:38

 

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

İnterAz-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

 

Bildirilir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən "Mercedes" markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində, ilkin məlumata görə, adı hələlik dəqiqləşdirilməmiş oğlan sərnişin yerindəcə dünyasını dəyişib. Əlavə olaraq 7 yaralı Yevlax, 3 yaralı isə Mingəçevir xəstəxanasına aparılıb.

 

Qəzaya düşənlərin əsaəsn Mingəçevirdə təhsil alan yevlaxlı tələbələr olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.