Volqoqradda məscidə hücum videosu aşkarlandı

Cinayətkarlar oktyabrın 22-si 2 ədəd şüşə qabı məscidin pəncərəsindən içəri atıblar

Bakı, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 16:54

Lifenews-un verdiyi məlumata görə, Volqoqradda məscidə yanacaq dolu butulkanı ataraq yandıran şəxslərin axtarışına başlanılıb. Müstəntiqlər cinayətkarların məscidi yandırdığı anı əks etdirən kadrlardan cinayətkarların izinə düşməyə çalışır. Ola bilər ki bu kadrlar 22 oktyabrda Volqoqradın Lavrovoy küçəsində yerləşən ibadət evinə hücumda şübhəli bilinən şəxsləri yaxalamağa kömək etsin. Müstəntiqlərin sözlərinə görə, cinayətkarlar oktyabrın 22-si 2 ədəd şüşə qabı məscidin pəncərəsindən içəri atıblar.

 

sss