Çiyələk əkiminə maraq artıb

Rayonun relyef baxımdan düzənlik ərazilərində bu bitkinin əkini üçün daha əlverişli şərait var

Bakı, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 15:34

Cəlilabad rayonunda son bir neçə ildə fermerlər çiyələk əkininə böyük maraq göstərməyə başlayıblar. Rayonun relyef baxımdan düzənlik ərazilərində bu bitkinin əkini üçün daha əlverişli şərait var. Çiyələyin becərliməsi diqqət və xeyli xərc tələb etsə də fermerlər məhsuldan götürdükləri gəlirdən heç də narazı deyillər. Bir neçə ildir ki, Cəlilabad rayonunda çiyələk əkməklə məşğul olan Səbuhi Cabbarov çiyələyi ən çox gəlir gətirən kənd təsarrüatı bitkilərindən biri hesab edir.

Çiyələyin digər kənd təsərrüfatı bitkilərindən əsas özəlliyi ondan ibarətdir ki, bu bitkinin kökü daima su ilə təmin olunmalıdır. Bu məqsədlə çiyələk əkini ilə məşğul olan kəndlilər sahələrdə süni suvarmadan istifadə edirlər. Plastik borularla axan su hər bir çiyələk ştilini mütəmadi su ilə təmin edir.

Birinci dəfə əkilən bitkidən 3 il ardıcıl məhsul götürmək mükündür. Bu da fermerləri hər il çəkiləcək yeni xərclərdən azad etmiş olur. Lakin məlum məslədir ki, bölgədə istehsal müəssələrinin məhdud sayda və ya heç olmaması satış zamanı əlavə çətinlilkər yaradır. Orta hesabla bir hektar çiyələk sahəsindən 4-5 min manat civarında gəlir götürən fermerlər məhsulu qonşu ölkələrə ixrac etmək üçün texniki imkanlarının olmamasını bildirilər. Fermerlərin sözlərinə görə, güzəştli kənd təsərrüfatı kreditləri onları mövcud çətinliklərədən çıxara bilər.

Cəlilabad rayon İH-dən verilən məlumata görə ötən illə müqayisədə bu il rayon ərazisində çiyələk əkin sahələrinin hiss olunacaq dərəcədə artacağı gözlənir.

 

sss