Gəncədə 57 yaşlı qadını avtomobil vurub

Faktla bağlı araşdırma aparılır...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 22 Aprel 2019, 10:08

Gəncə şəhərində piyadanın vurlması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

 

Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 57 yaşlı Elza Vəliyevanı avtomobil vurub. 

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləıri cəlb olunub. Yaralı qadı "təcili yardım" maşını ilə  xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.