Abşeronda mağaza yanıb

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub...

Bakı, Nərgiz Qəhramanova, , İnteraz - 22 Aprel 2019, 09:39

Abşeron rayonunda yanğın olub.

 

İnterAz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 16 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki mallar yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.