Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cərimələr sərtləşdirilib

Müvafiq razılıq olmadan dini ədəbiyyatı, audio və video materialları, bu məzmunlu başqa məlumat materiallarına görə cərimə və həbs qaydaları müəyyən olunub

Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 14:51

Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cərimələr sərtləşdirilib. İnterAz-ın məlumatına görə, bu gün Milli Məclisin iclasında Cinayət Məcəlləsinin 167.2 maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Məcəllənin 167.2 maddəsinə edilən dəyişikliklərə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları, dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə 5 min manatdan 7 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.

 

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək törətdikdə cərimələr 7 min manatdan 9 min manat və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

Qanun layihəsi səsverməyə qoyulub və qəbul olunub

sss