Cəlilabadda yol qəzasında bir nəfər xəsarət alıb

Qəzanın təsirindən avtomobillər deformasiyaya uğrayaraq yarasız hala düşüblər

Bakı, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 14:49

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini 23 yaşlı Muradov Zamiq Mirəhməd oğlunun idarə etdiyi “Niva” markalı minik abtomobili hərəkətdə olarkən əks tərəfdən gələn "Vaz 21099" markalı minik avtomobilinə çırpılıb. Qəzanın təsirindən hər iki avtomobil deformasiyaya uğrayaraq yarasız hala düşüb. Hadisə zamanı “Niva” maraklı maşının sürücüsü Zamiq Muradov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad MRX-a aparılıb.

Qəzanın “Niva” markalı avtomobilin yüksək sürətlə idarə olması səbəbindən baş verdiyi bildirilir. Hazırda faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.

 

sss