Cəbhə kəndlərində müharibədən ziyan çəkmiş evlər bərpa edilir

Ermənilərin vaxtı ilə talan etdiyi yaşayış məntəqələri yenidən bərpa edilir

Ağdam, Şamxal Cəliloğlu, Vüsal Nəbiyev, İnteraz - 22 Oktyabr 2013, 14:39

Ağdamın Orta Qərvənd və Ayaq Qərvənd, Çıraqlı, Çəmənli Zəngişalı və digər kəndlərində müharibə zamanı qəzalı vəziyyətə düşən fərdi yaşayış evləri dövlət tərəfindən bərpa edilir.

Təmir və tikinti işləri üçün cəbhə kənd sakinlərinə müxtəlif növ tikinti materialları paylanır.

Ermənistan Hərbi Birləşmələrinin hücumları nəticəsində rayonda ən çox ziyan Orta Qərvənd və Ayaq Qərvənd kəndlərdinə dəyib. Sərancama əsasən hər iki kənddə ümümlikdə 68 ev bərpa edilir, 10-u isə yenidən qurulur.

Xatırladaq ki, Qərvənd kənd ərazi nümayəndəliyinə ümumilikdə 1272 təsərrüfatı olan 4 yaşayış məntəqəsi daxildir. Bunlardan Baş Qərvənd və Şıxlar kəndləri hazırda işğal altındadır. Orta Qərvənd və Ayaq Qərvənd kəndləri isə cəbhə xəttinə ən yaxın yaşayış məntəqələridir. Erməni hücumları nəticəsində kəndlər tamamilə dağıdılıb, yaşayış evləri yandırılıb.

 

sss